DÜNYA

29 Oktyabr

155 milyon illik sirr - İtirilmiş qitə tapılıb

Alimlər təxminən 155 milyon il əvvəl Avstraliya qitəsindən qopmuş bir torpaq parçası tapıblar. Utrext Universitetindən bir qrup müəyyən edib ki, 5000 kilometr uzunluğundakı quru hissəsi Cənubi Asiyaya qədər uzanır və hazırda Hind okeanının səthindən 18.000 fut aşağıda yerləşir.

Fins.az CNN-ə istinadən xəbər verir ki, Arqoland qitənin şimal-qərbinə doğru sürüklənib. Cənub-Şərqi Asiya adalarının yerləşdiyi yerdə bitib. Mütəxəssislər Arqolanda aid olduğu güman edilən kiçik fraqmentlər aşkar ediblər. Geoloq Eldert Advokaat "Arqoland müxtəlif hissələrə bölümüb" deyib. Ona görə də araşdırmamız bu qədər uzun çəkib. "Biz pazzlı bir araya gətirmək üçün yeddi il sərf etdik" deyib.

Günel Məlikzadə
Fins.az