DÜNYA

25 Oktyabr

Almaniyanın sənaye strategiyasında 50 milyard avro vergi azaldılacaq

Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi naziri Robert Habek Berlində keçirdiyi mətbuat konfransında Almaniyanın 60 səhifədən ibarət yeni sənaye strategiyasını təqdim edib.

Fins.az xəbər verir ki, Almaniyanın güclü sənaye ölkəsi kimi tanındığını bildirən Habeck, “Almaniyanı bütün müxtəlifliyi ilə güclü sənaye mərkəzi olaraq qorumaq istəyirik. Almaniyanın gələcəkdə iqtisadi cəhətdən uğurlu ölkə olaraq qalması üçün biz ən böyük gücümüzü, sənayemizi və beləliklə, birinci dərəcəli məhsulları inkişaf etdirmək və istehsal etmək qabiliyyətimizi inkişaf etdirməliyik" qiymətləndirməsini edib.

Almaniyanın yeni sənaye strategiyasının mühüm elementi kimi enerji tutumlu sektorlar üçün “təşviqlər” ön plana çıxsa da, sənaye şirkətlərinin yüksək enerji qiymətlərinin öhdəsindən daha yaxşı çıxması üçün növbəti dörd il ərzində vergilərin 50 milyard avro azaldılması planlaşdırılır.

Maliyyələşdirmə proqramlarına əlavə olaraq, strategiya enerji keçidinə, planlaşdırmanın sürətləndirilməsinə və ixtisaslı işçilərin miqrasiyasına diqqət yetirir.

Bərpa olunan enerji, elektrik şəbəkəsi, hidrogen sənayesi və infrastrukturun sürətlə genişlənməsi strategiyaya daxil edilərkən, dəmir yolları, körpülər və yollar üçün də infrastruktur "yeniləmə hücumu" ediləcəyi bildirilib.

Günel Məlikzadə
Fins.az