DÜNYA

23 Oktyabr

Qlobal inflyasiyanın azalması ilə bağlı gözləntilər

Analitiklər Tom Orlik, Scott Johnson və Stuart Paul tərəfindən yazılan qiymətləndirmədə qlobal inflyasiyanın 2023-cü ilin son rübündə 6,4% səviyyəsinə enməsinin gözlənildiyi ifadə edilib. 2022-ci ilin sonunda qlobal inflyasiya 9,3 faiz təşkil edib.

Fins.az xəbər verir ki, "Bloomberg Economics" 2024-cü ilin dördüncü rübündə qlobal inflyasiyanın 4,6 faiz olacağını gözləyir. Qurum Türkiyə və Argentinadakı yüksək inflyasiya səbəbindən inkişaf etməkdə olan ölkələrin inflyasiya gözləntisini 2023-cü ilin sonu üçün 14,3 faiz, 2024-cü ilin dördüncü rübü üçün isə 9,8% olaraq təyin edib. ABŞ-da aylıq baza inflyasiyanın güclü olaraq qaldığını bildirən analitiklərin fikrincə, bazarlar FED-in son faiz artımı ehtimalını olması lazım olduğundan daha aşağı qiymətləndirə bilər.

Analitiklər son dərəcə artımı və ya faizlərin ilin qalan hissəsində sabit saxlanılması üçün demək olar ki, bərabər şans görürlər.

Günel Məlikzadə
Fins.az