İsveçrədə təxminən 5,5 milyon seçici sabah ümumi seçkilər üçün sandıq başına gedəcək.
Hər 4 ildən bir seçkilərin keçirildiyi İsveçrədə vətəndaşlar 200 nəfərlik Federal Məclis (Xalq Məclisi) və 46 nəfərlik Kanton Məclisinin üzvlərini seçmək üçün səs verəcəklər.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, təxminən 5,5 milyon seçicinin olduğu İsveçrədə seçicilər qutuda səs verməklə və ya poçtla öz seçimlərini edə bilərlər. Seçicilərin təxminən 90 faizi poçtla, 10 faizi isə qutuda səs verməyə üstünlük verir.
Seçki bülletenlərinin olduğu zərflər bu ayın əvvəlində İsveçrə Poçt İdarəsi tərəfindən seçicilərə çatdırılıb. Poçt vasitəsilə səsvermə oktyabrın 19-dək davam edib.
Təxminən 50 ildir seçkilərdə iştirak nisbətinin 50%-nin altında qaldığı ölkədə səs verənlərin sayının bu il də eyni səviyyədə olacağı gözlənilir.
Günel Məlikzadə
Fins.az