İqtisadiyyat naziri Serxio Massa Argentinanın kritik əhəmiyyət kəsb edən seçkilərin birinci turunu təəccüblü şəkildə qabaqlayıb. Son zamanlar vergilərin azaldılması və sosial yardımların artırılması kimi populist siyasət yürüdən Massa səsvermədə 37 faiz səs toplayaraq gözləntiləri üstələyib.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, libertar baxışları ilə son dövrün ən görkəmli simalarından olan və başda dollara keçid olmaqla radikal fikirləri ilə diqqət çəkən Javier Milei 30 faiz səslə ikinci yerdə qərarlaşıb.
Noyabrın 19-da keçiriləcək seçkilərin ikinci turunun taleyini mühafizəkar baxışları ilə tanınan, lakin bazarın sevimli namizədi olan Patrisiya Bullriçin hansı namizədi dəstəkləyəcəyi müəyyənləşdirəcək. Bullrich seçkilərdə 24 faiz səslə üçüncü olub.
Bazardan uzaq baxışları ilə tanınan iki namizədin yarışacağı seçkilərin ikinci turunda Massa birinci olacaq; Milei'nin ikinci girişi Argentina istiqrazları və pesonun satışları ilə qarşılanıb.
Massa-nın ikinci tura keçərkən sosial yardımı və büdcə xərclərini daha da artıracağı, pesonun süni şəkildə gücləndirilməsi strategiyasını həyata keçirəcəyi, şirkət və sistemə müdaxilələri artıracağı gözlənilir.
Rəsmi peso məzənnəsi ilə bazar məzənnəsi arasındakı fərq son hadisələrdən sonra 170 faizə çatıb.
Növbəti dörd həftə ərzində baş verən hadisələr Argentinanın 10-cu dəfə defolt edib-etməyəcəyinə dair həlledici rol oynayacaq. Ölkə son 10 ildə 6 dəfə tənəzzülə uğrayıb.
Günel Məlikzadə
Fins.az