DÜNYA

19 Oktyabr

S&P-dən Yaxın Şərq xəbərdarlığı

"Yaxın Şərqdə HƏMAS və İsrail arasında hərbi əməliyyatların başlaması geosiyasi risklə bağlı qlobal qiymətləndirməmizə daha da yuxarı təzyiq göstərir, Biz hesab edirik ki, bu risk artıq artıb və pisləşir", - kredit reytinq agentliyinin bəyanatında deyilib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, bu son hadisələr Rusiyanın Ukraynaya müdaxiləsi və Çin ilə ABŞ arasındakı gərginlik səbəbindən beynəlxalq münasibətlərə təzyiqi daha da artırıb.

SP-nin bəyanatında deyilib:

"İsrail və Qəzzada baş verən insan faciəsinin ciddiliyinin fərqindəyik. Hazırkı əsas prinsipimiz ondan ibarətdir ki, münaqişə əsasən İsrail və Qəzza ilə məhdudlaşaraq, suveren kredit təsirləri regiondan kənarda qalsın".

Günel Məlikzadə
Fins.az