DÜNYA

18 Oktyabr

BVF Çinin artım proqnozunu aşağı salıb

Beynəlxalq Valyuta Fondu (BVF) Çin üçün 2023 və 2024-cü il üçün artım proqnozlarını aşağı salıb.

Fins.az xəbər verir ki, BVF-nin dərc etdiyi regional iqtisadi görünüş hesabatında, dünyanın ikinci ən böyük iqtisadiyyatının BVF-nin aprel proqnozlarında 5,2 və 4,5 faiz olduğu halda, bu il 5 faiz, gələn il isə 4,2 faiz böyüməsi gözlənildiyi bildirilib.

Hesabatda, Çində istehsal sektorunun satınalma menecerləri indeksləri aprel-avqust aylarında daralma zonasına girdiyi və daşınmaz əmlak sektorundakı şərtlər daha da zəiflədiyi üçün bərpa sürətini itirdiyi açıqlanıb.

Çinin mənzil bazarında uzunmüddətli korreksiya yaxın müddətdə daşınmaz əmlak istehsalçıları arasında daha çox maliyyə stressinə və aktivlərin keyfiyyətinin daha çox pisləşməsinə səbəb olacağı proqnozlaşdırılır.

Məhəbbət Məmmədov
Fins.az