DÜNYA

18 Oktyabr

Fitch: İsrailin kredit reytinqi ciddi şəkildə pisləşə bilər

İsrail-Fələstin münaqişəsindən qaynaqlanan geosiyasi risklər İsrailin uzunmüddətli yerli və xarici valyutada kredit reytinqinin mənfi monitorinq üzərində qurulmasında təsirli ola bilər

Fins.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Fitch" bəyanat yayıb.

Bəyanatda neqativ monitorinq hazırkı münaqişənin genişlənərək uzun müddət ərzində çoxsaylı aktorların iştirakı ilə genişmiqyaslı hərbi münaqişələrə çevrilməsi riskini əks etdirdiyini və münaqişəyə regiondakı digər təşkilat və dövlətlərin də cəlb oluna biləcəyi bildirilib.

Münaqişənin bu miqyasda genişlənməsi insan itkisinə əlavə olaraq, əhəmiyyətli əlavə hərbi xərclərə, infrastrukturun məhvinə, istehlakçı və investisiya inamında davamlı dəyişikliyə və beləliklə də İsrailin kredit göstəricilərinin ciddi şəkildə pisləşməsinə səbəb ola bilər.

Açıqlamada, iqtisadiyyata və dövlət maliyyəsinə maddi və uzunmüddətli təsir göstərəcək münaqişənin əhəmiyyətli dərəcədə artmasının ölkənin kredit reytinqinin aşağı düşməsinə səbəb ola biləcəyi xəbərdarlığı edilib.

Məhəbbət Məmmədov
Fins.az