Oktyabrın 7-də HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadalarının blokada altındakı Qəzza zolağından İsrailə qarşı başlatdığı hücumdan sonra bəzi ölkələrin hadisələrə reaksiyası davam edir.
Fins.az TRT Haber-ə istinadən xəbər verir ki, HƏMAS-ın başlatdığı hücumlar zamanı fələstinli qruplar çox sayda İsrail əsgərini və bəzi mülki vətəndaşları əsir götürərək blokada altındakı Qəzza zolağına aparıb. İsrailin əks hücumları üçüncü gündür ki, davam edir.
KKTC və Bosniya və Herseqovina münaqişələri pisləyib.
Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) Xarici İşlər Nazirliyi İsrail və Fələstin arasında böhranın artmasından ciddi şəkildə narahat olduqlarını bildirib.
Xarici İşlər Nazirliyindən edilən yazılı açıqlamada mülki şəxslərə qarşı hər cür zorakılığın pislənərək bildirilib:
"İsrail ilə Fələstin arasında böhranın artmasından ciddi şəkildə narahatıq. Baş verənlər ədalətli həllin tapılmasının önəmli olduğunu bir daha göstərdi. İsrail-Fələstin münaqişəsinin həlli təcili zərurətdir. İsrail-Fələstin münaqişəsinin tərəflərinin danışıqlar yolu ilə razılaşma əldə etməsi vacibdir. Zorakılıq və zorakılıqdan istifadə hər cür sülhyönümlü səylərə zərər verir”.
Bəyanatda daha çox insan tələfatının qarşısını almaq üçün tərəflərdən məsuliyyətli davranmalarının istəndiyi, münaqişələrin ən qısa zamanda sona çatacağına və bölgədə sülhün bərqərar olacağına ümid edildiyi bildirilib.
Bosniya və Herseqovina Prezident Şurasının Bosniyalı üzvü Denis Becirovic, İsrail ilə Fələstin arasında baş verən hadisələri dərin narahatlıqla izlədiyini ifadə edib. Bosniya və Herseqovinanın xarici siyasətinin sülh, dialoq, bərabərlik, suverenlik, ərazi bütövlüyü və qanunun aliliyi kimi prinsiplər üzərində qurulduğunu bildirən Beciroviç deyib:
"Hər cür şiddəti, xüsusilə də mülki insanlara zərər verən şiddəti qınayıram. Sülh ümumbəşəri dəyərdir. Hamımız onu qorumalıyıq. Bu kontekstdə problemlərin həllində gücdən istifadəni şiddətlə qınayıram. Bosniya və Herseqovina indiki münaqişələrdən əvvəl də İsrail və Fələstini sülhə çağırıb. Bu çağırışı bir daha təkrar edirik".
Bosniya və Herseqovina İslam Birliyinin sədri Hüseyn Kavazoviç də son hadisələrin İsrail ilə Fələstin arasında daimi sülhün bərqərar olmasının bir “zərurət” halına gəldiyinin göstəricisi olduğuna diqqət çəkərək, hər cür şiddəti qınadıqlarını bildirib.
Günel Məlikzadə
Fins.az