DÜNYA

09 Oktyabr

BMT: "Təxminən 74 min fələstinli Qəzzada məktəblərimizə sığınıb"

UNRWA İsrailin Qəzza zolağına hücumlarından zərər çəkənlərlə bağlı yazılı açıqlama verib.

Fins.az xəbər verir ki. açıqlamada hadisələrin başladığı 7 oktyabrdan bu yana evlərini tərk edən təxminən 74 min fələstinlinin Qəzza zolağının müxtəlif bölgələrindəki 64 məktəbə sığındığı və bu sayın arta biləcəyinə diqqət çəkilib.

Açıqlamaya görə, Qəzza zolağında köçkün ailələrin yaşadığı məktəb İsrail tərəfindən birbaşa bombalanıb.

Qəzza zolağının sərhəd bölgələri yaxınlığında və ya İsrailin intensiv hücumlarına məruz qalan ərazilərdə yaşayan fələstinlilər evlərini tərk edirlər.

Günel Məlikzadə
Fins.az