Ötən ilin yazında uzunmüddətli xərclərin azaldılması ilə bağlı Bayden administrasiyasından güzəştlər əldə edən Nümayəndələr Palatasının spikeri Kevin Makkarti Ağ Evə yerinə yetirilməsi çətin olan tələbləri çatdırıb.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Makkarti Meksika sərhədində Donald Trampın dövründə tikilən divarın tamamlanmasını, Ukraynaya yeni yardım göstərilməməsini və federal xərclərin daha da azaldılmasını tələb edib. Bu tələblər qarşısında həftə sonu razılığın əldə olunacağı gözlənilmir.
Əvvəlki bağlanmalarda heç bir maliyyə qarışıqlığının olmaması və respublikaçıların bu tələblərlə bağlı öz aralarında fikir ayrılığı Bayden administrasiyasının əlini gücləndirib.
Günel Məlikzadə
Fins.az