DÜNYA

21 Sentyabr

FED faizi sabit saxlayıb

ABŞ Federal Ehtiyat Sistemi (FED) faiz dərəcəsi siyasətini 5,25-5,50% səviyyəsində saxlayıb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, iqtisadçıların median gözləntisi faiz siyasətini bu səviyyədə saxlaması yönündə idi.

FED bu il üçün bazar gözləntilərinə uyğun bir siqnal verib. FED rəsmiləri bu il üçün daha bir artım proqnozlaşdırırlar. 19 üzvdən 12-si bu il daha bir faiz artımı gözlədiklərini bildirib.

FED-in 2024-cü il üçün faiz dərəcəsi proqnozu 4,6 faizdən 5,1 faizə, 2025-ci il üçün isə 3,4 faizdən 3,9 faizə qaldırılıb. FED-in 2026-cı il üçün faiz dərəcəsi proqnozu 2,9 faiz idi.

Uzunmüddətli orta faiz gözləntisi 2,5% səviyyəsində saxlanılıb.

Səlahiyyətli şəxslər bəyanatda qeyd edirlər ki, müvafiq ola biləcək əlavə siyasətin sərtləşdirilməsinin həcmini müəyyən edəcəklər.

Günel Məlikzdə 
Fins.az