Çin Maliyyə Nazirliyinin açıqlamasına görə, 2023-cü ilin yanvar-iyul aylarında mərkəzi və yerli hökumətlərə məxsus şirkətlərin ümumi mənfəəti 2,73 trilyon yuana (təxminən 370 milyard dollar) çatıb.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, ilk 7 ayda açıq şirkətlərin əməliyyat gəlirləri 4,3 %, cəmi mənfəəti isə 3,9 % artdığı halda, iyul ayının sonuna borcların aktivlərə nisbəti 64,7 faiz təşkil edib.
Çində illik dövriyyəsi 20 milyon yuandan (2,74 milyon dollar) çox olan sənaye müəssisələrinin ümumi mənfəəti ötən illə müqayisədə yanvar-iyul aylarında 15,5 % azalıb.
Zəminə Hüseyn
Fins.az