Baş ofisi Almaniyada yerləşən bazar araşdırması şirkəti GfK gələn ay üçün İstehlakçı Güvən İndeksinin nəticələrini açıqlayıb.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Almaniyada bu ay üçün mənfi 24,6 bal olaraq ölçülən istehlakçı güvən indeksi, iqtisadi tənəzzül və qeyri-adi yüksək inflyasiya səbəbiylə sentyabr ayı üçün 0,9 bənd azalaraq mənfi 25,5 bənd olub.
İndeksin mənfi 24.3-ə yüksələcəyi gözlənilirdi.
Zəminə Hüseyn
Fins.az