DÜNYA

24 Avqust

Hindistan Ayın cənubuna enən ilk ölkə oldu

Hindistanın iyulun 14-də Ayın cənub qütb bölgəsini araşdırmaq üçün kosmosa göndərdiyi “Chandrayaan-3 ” kosmik kəşfiyyat aparatının Aya uğurla eniş etdiyi bildirilib.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, beləliklə, Hindistan, ABŞ, Keçmiş Sovet İttifaqı və Çindən sonra Aya yumşaq eniş edən dördüncü, Ayın cənub qütbünə yaxın yumşaq eniş edən ilk ölkə oldu.

Ayın səthini tədqiq etmək məqsədi daşıyan eniş platforması və rover modullarından ibarət 3,9 tonluq "Chandrayaan-3"  Ayın cənub qütbünə endikdən sonra 14 gün ərzində tədqiqatlar aparacaq.

2008 və 2019-cu illərdə fərqli missiyalar üçün kosmosa buraxılan "Chandrayaan" 1 və 2 Ayın səthinə enə bilməyib.

Zəminə Hüseyn
Fins.az