Bu ilin ikinci rübündə Avropa İttifaqı (Aİ) ölkələrində şirkətlərin iflası ilə bağlı müraciətlərin sayı rekord səviyyəyə yüksəlib.
Fins.az Avropa Statistika İdarəsinin (Eurostat) məlumatına istinadla xəbər verir ki, həmin dövrdə Aİ ölkələrində şirkət iflaslarının sayı əvvəlki rüblə müqayisədə 8,4 faiz artaraq 2015-ci ildən bəri qeydə alınan ən yüksək səviyyəyə çatıb.
Fəaliyyət sahələrinə görə iflaslarda ən çox artım 23,9 faizlə yaşayış və ictimai iaşə xidmətlərində, 15,2 faizlə daşınma və anbarda, 10,1 faizlə təhsil, səhiyyə və sosial fəaliyyət sahələrində olub.
Əvvəlki rüblə müqayisədə iflas ərizələrində ən çox artım müşahidə olunan ölkələr Macarıstan (40,8 faiz), Latviya (24,8 faiz) və Estoniya (24,6 faiz) olaraq qeydə alınıb.
İkinci rübdə yeni açılan şirkətlərin sayı da əvvəlki rüblə müqayisədə 0,6 faiz azalıb.
Avropadakı enerji böhranı və inflyasiya, xüsusən də ərzaq qiymətlərindəki artım kimi səbəblər Aİ daxilində iflasların artmasına səbəb olur.