ABŞ Federal Ehtiyat Sisteminin (FED) Filadelfiya şöbəsi avqust ayı üçün istehsal indeksi məlumatlarını açıqlayıb.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, ABŞ-da "Philadelphia FED Manufacturing Index" avqust ayında 12 bənd ilə proqnozları aşaraq 2022-ci ilin avqust ayından bəri ilk dəfə müsbət dəyər qazanıb.
Bankın apardığı sorğunun nəticələrinə görə, Filadelfiya FED İstehsal İndeksi avqust ayında bir əvvəlki ayla müqayisədə 25.5 bənd yüksələrək 12 bəndə çatıb. Ehtimallar bu dövrdə indeksin mənfi 10 dəyərini alması yönündə idi.
2022-ci ilin avqust ayından bəri ilk dəfə müsbət dəyərə malik olan indeks iyul ayında mənfi 13.5 bənd olaraq açıqlanmışdı.
Ardıcıl 14 aydır sıfırın altında olan yeni sifarişlər indeksi avqust ayında 32 bənd artıb 16 bənd həddinə yüksələrək mənfi seriyasını bitirdi. Çatdırılma indeksi də 18 bənd artaraq 5.7 bəndə yüksəlib.
Filadelfiya FED tərəfindən hazırlanan indekslərdə sıfırdan yuxarı olan göstəricilər genişlənməni, aşağıda olanlar isə daralmanı göstərir.
Zəminə Hüseyn
Fins.az