DÜNYA

17 Avqust

Aİ ölkələrindəki şirkətlər rekord səviyyədə müflis etdi

Avropa Statistika İdarəsi (Eurostat) 2023-cü ilin ikinci rübü üçün şirkətlərin müflis məlumatlarını açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, sözügedən dövrdə Aİ ölkələrində şirkət müflislərinin sayı əvvəlki rüblə müqayisədə 8,4 % artaraq məlumatların toplanmağa başladığı 2015-ci ildən bəri ölçülən ən yüksək səviyyəyə çatdı.

İkinci rübdə iqtisadiyyatın bütün sahələrində korporativ müflislər əvvəlki rüblə müqayisədə artıb. Fəaliyyət sahələrinə görə müflislərdə ən çox artım 23,9 %  ilə yaşayış və ictimai iaşə xidmətlərində, 15,2 % ilə daşınma və anbarda, 10,1 %-lə təhsil, səhiyyə və sosial fəaliyyət sahələrində olub.

Əvvəlki rüblə müqayisədə müflis ərizələrində ən çox artım müşahidə olunan ölkələr Macarıstan (40,8 faiz), Latviya (24,8 faiz) və Estoniya (24,6 faiz) olub.

Zəminə Hüseyn
Fins.az