Türkiyə 2023-cü ilin yanvar-iyul aylarında Almaniyaya hazır geyim məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 14,2 faiz azaldaraq 1,9 milyard dollara çatdırıb.
Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
İyul ayında Türkiyə Almaniyaya hazır geyim məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 10,2 faiz azaldaraq 275 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz azalaraq, 11,5 milyard dollara bərabər olub.