DÜNYA

17 Avqust

Yeni Zelandiyanın Ehtiyatlar Bankı faiz dərəcəsini dəyişməyib

Yeni Zelandiyanın Ehtiyatlar Bankı keçirilən növbəti iclasının nəticələrinə əsasən, əsas faiz dərəcəsini dəyişməyərək 5.5% səviyyəsində saxlayıb.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, Yeni Zelandiya Ehtiyatlar Bankının qərarı analitiklərin proqnozları ilə üst-üstə düşdü.

Onlar düşünürdülər ki, ardıcıl ikinci görüş üçün əsas faiz dərəcəsi eyni səviyyədə, son 14 ildə ən yüksək səviyyəsində qalacaq.