Avropa Statistika İdarəsi (Eurostat) 2023-cü ilin ikinci rübündə Avropa İttifaqı (Aİ) və Avrozonanın iqtisadi artım templəri ilə bağlı aparıcı məlumatları yeniləyib.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Avrozona iqtisadiyyatı bu ilin ikinci rübündə əvvəlki rüblə müqayisədə 0.3% artıb.
Hesabata görə, 20 üzvlü Avrozonada mövsümi təsirlərdən təmizlənmiş Ümumi Daxili Məhsulun həcmi (ÜDM) 2023-cü ilin ikinci rübündə əvvəlki rüblə müqayisədə 0.3% artıb.
Avrozonada ilin ikinci rübündə ÜDM əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0.6% artıb.
Açıqlanan son artım məlumatları bazar proqnozlarına uyğun olub
Avropa İttifaqında isə mövsümi təsirlərdən təmizlənmiş ÜDM ikinci rübdə əvvəlki rüblə müqayisədə dəyişməz qalmış, lakin əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0.5% artmışdır.
Proqnozlar isə göstəricinin dəyişməyəcəyi yönündə idi.
Digər tərəfdən ÜDM əvvəlki rüblə müqayisədə ikinci rübdə Polşada 3.7%, İsveçdə 1.5%, Latviyada 0.6%, Avstriyada və Kipr Rum Bölgəsində (GCA) 0.4% artıb. İtaliya, Macarıstan, Hollandiya və Estoniyada isə 0.3% azalıb.
Almaniya və Portuqaliyada sabit qalan ÜDM göstəricisi İspaniyada 0.4%, Fransada isə 0.5% artıb.