DÜNYA

17 Avqust

ABŞ-da kommersiya neft ehtiyatları 440 mln. bareldən aşağı enib

Ötən həftənin yekunlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları 5 960 min barel azalaraq, 439 662 min barel təşkil edib.

Fins.az-ın məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 2 320 min barel azalacağını proqnozlaşdırırdı.

ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.