Böyük Britaniyada illik inflyasiya iyul ayında 2022-ci ilin fevralından bəri ən aşağı səviyyəyə düşüb.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, iyulda ölkədə illik inflyasiya 6,8 % olub.
İqtisadçılar illik inflyasiyanın 6,7 % olacağını gözləyirdilər.
İyulda istehlak qiymətləri əvvəlki ayla müqayisədə 0,4 % azalıb.
Xüsusilə nəqliyyat qrupunda bahalaşmanın təsiri ön plana çıxıb.
Zəminə Hüseyn
Fins.az