Qida təhlükəsizliyi ilə bağlı görülən tədbirlər çərçivəsində Misir Ərəb Respublikasının Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) ilə razılaşdığı açıqlanıb.
Fins.az Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Misir Beynəlxalq Əməkdaşlıq Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Misirin buğda idxalı üçün Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə 5 il müddətinə 500 milyon dollar maliyyə vəsaitinin ayrılması barədə razılıq əldə olunub.
Müqavilə ilə BƏƏ-nin 5 il müddətində hər il 100 milyon dollar olmaqla cəmi 500 milyon dollar verəcəyi açıqlanıb.
Bildirilib ki, sazişi Misirin beynəlxalq əməkdaşlıq naziri Ranya Meşat, maliyyə naziri Məhəmməd Muid və Təchizat Baş İdarəsinin sədr müavini Əhməd Yusuf Mənsur və Əbu-Dabi İqtisadi İnkişaf Fondunun direktoru Mənsur Bin Zeyd Əl Nəhyan imzalayıblar.
Misirin beynəlxalq əməkdaşlıq naziri Meşat bəyan edib ki, saziş Misir və BƏƏ arasında strateji dərinliyi və inteqrasiyanı artırmaq istəyini əks etdirir.
Maliyyə naziri M.Muid bəyan edib ki, ölkəsi hərtərəfli və davamlı inkişaf məqsədlərinə nail olmaq üçün regional və beynəlxalq tərəfdaşlar ilə əməkdaşlığı artırıb.