Bu il sentyabrın 1-dən Rusiya neftinin ixrac rüsumu 4,5 ABŞ dolları artırılaraq 1 ton üçün 21,4 dollara çatdırılacaq.
Bu barədə Fins.az Rusiyanın Maliyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, 15 iyul – 14 avqust 2023-cü il tarixləri arasında Rusiyanın ixrac etdiyi "Urals" markalı neftin bir barel üçün orta qiyməti 70,33 dollar və ya bir 1 ton üçün 513,4 dollar səviyyəsində olub.
Qeyd edək ki, bir ay öncə "Urals" neftinin bir barelinin qiyməti 58,03 dollar səviyyəsində olub.