"Moody's" beynəlxalq kredit reytinq agentliyi Türkiyə banklarının proqnozunu mənfidən sabitə dəyişib.
Fins.az-ın məlumatına görə, Moody's, son proqnozunda Türkiyə hökumətinin yeni iqtisadiyyat komandasının pul və maliyyə siyasətinin istiqamətini tədricən düzəltməyə başladığını bildirib.
Agentliyinin təhlilinə görə, sektor üzrə stabilliyin artması ilə Türkiyə banklarının proqnozunu müsbətə doğru dəyişə və reytinqini isə yüksəldə bilər