Rusiya Mərkəzi Bankı rublun ucuzlaşmasından sonra keçirdiyi iclasda uçot dərəcəsini 3,5 bənd artırıb.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, bank uçot dərəcəsini 8,50%-dən 12%-ə qaldırıb.
Qətnamənin mətnində təcili faiz artımının qiymət sabitliyi risklərini məhdudlaşdırmaq məqsədi daşıdığı bildirilib.
Rusiya Mərkəzi Bankı ötən ay faiz dərəcələrini 100 bənd artıraraq 8,5 faizə çatdırıb.
Zəminə Hüseyn
Fins.az