DÜNYA

10 Avqust

Türkiyə Çinə elektrik avadanlıqları ixracını azaldıb

Türkiyə 2023-cü ilin yanvar-iyul aylarında Çinə elektrik avadanlıqları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 17,8 faiz azalaraq 57 milyon dollara çatdırıb.

Fins.az xəbər verir ki, Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

İyul ayında Türkiyə Çinə elektrik avadanlıqları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 45 faiz artıraraq 11 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,9 faiz artaraq, 9,1 milyard dollara çatıb.

Bu ilin iyul ayında Türkiyə 1,3 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 23,6 faiz çoxdur.

Son 12 ay ərzində (iyul 2022-iyul 2023) Türkiyə 16 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Leyla Fikrətqızı
Fins.az