DÜNYA

09 Avqust

Türkiyədə bu ərazilər bərpa olunan enerji sahəsi olaraq seçildi

Türkiyədə külək enerjisi üçün Bandırma sahillərində 1111, Bozcaada sahilində 299, Gelibolu sahillərində 75,6 və Karabiga sahillərində 410 kvadrat kilometr ərazi bərpa olunan enerji sahəsi (YEKA) olaraq ayrılıb.

Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Energetika və Təbiii Sərvətlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, sözügedən ərazilər üçün müvafiq qurum və təşkilatlardan rəylər alındıqdan sonra seçiləcək müəyyən ərazilərdə okeanoqrafik təhlil və ölçmələrdən ibarət ilkin texniki-iqtisadi əsaslandırmalar aparılacaq.

Bundan əlavə, texniki, hüquqi, iqtisadi təhlillər və potensialın müəyyənləşdirilməsi üzrə işlər tamamlanacaq.

Qeyd edək ki, Türkiyədə 2035-ci ilə qədər külək enerjisinin 5 geqavatta çatdırılması planlaşdırılır.

Fuad Mədətov
Fins.az