DÜNYA

10 İyul

Türkiyənin Çinə elektrik avadanlıqları ixracı azalıb

Türkiyə 2023-cü ilin yanvar-iyun aylarında Çinə elektrik avadanlıqları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 25,4 faiz azalaraq 46 milyon dollara bərabər olub.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

İyun ayında Türkiyə Çinə elektrik avadanlıqları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 15,9 faiz azaldaraq 8,3 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq, 7,9 milyard dollara bərabər olub.

Bu ilin iyun ayında Türkiyə 1,3 milyon dollar məbləğində elektrik avadanlıqları məhsulları ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 1,2 faiz azdır.

Qeyd olunub ki , son 12 ay ərzində (iyun 2022-iyun 2023) Türkiyə 15,8 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib.