DÜNYA

09 İyul

Çinin valyuta ehtiyatları artıb

Çinin valyuta ehtiyatları iyunda bir ay əvvəlki 3,177 trilyon dollarla müqayisədə  3,193 trilyon dollara qədər artıb. 

Fins.az “Trading Economics”in təqdim etdiyi analitik proqnozuna görə, ehtiyatlar 3,178 trilyon dollara qədər arta bilərdi. “The Wall Street Journal”ın respondentləri bu göstəricini 3,18 trilyon dollar həcmində proqnozlaşdırırdı. 

Keçən ay yuanın kursu ABŞ dollarına nisbətən 2 faiz enmişdi. Bununla belə, əsas dünya valyutaları səbəti ilə müqayisədə dollar 1,2 faiz ucuzlaşmışdı. 

Çinin qızıl ehtiyatları isə bir ay əvvəlki 67,27 milyon unsiyaya nisbətən iyunun axırında 67,95 milyon unsiya olub. Bununla yanaşı, qızıl ehtiyatlarının dəyəri bir ay əvvəlki 132,15 milyard dollara nisbətdə iyunda 129,93 milyard dollara qədər azalıb.