ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki ticari xam neft ehtiyatlarının keçən həftə təxminən 1 milyon 500 min barrel azalaraq 452 milyon 200 min barrelə düşdüyünü açıqladı.
Fins.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, bazar gözləntisi, ehtiyatların 4 milyon 400 min barel azalacağı idi.
Sözügedən dövrdə ABŞ-ın benzin ehtiyatları 2 milyon 500 min barel azalaraq 219 milyon 500 min barelə düşüb.
ABŞ-ın xam neft idxalı əvvəlki həftəyə görə gündəlik orta hesabla 459 min barrel artaraq 7 milyon 38 min barrelə çatıb. Xam neft ixracı isə gündəlik orta hesabla 1 milyon 437 min barrel azalaraq 3 milyon 901 min barrelə geriləyib.
Zəminə Hüseyn
Fins.az