Dünya ərzaq qiymətləri indeksi iyun ayında şəkər, bitki yağları, taxıl və süd məhsullarının qiymətlərindəki enişlər nəticəsində 2021-ci ilin aprelindən bəri ən aşağı səviyyəyə düşüb.
Fins.az "Dünya Gazetesi"nə istinadən xəbər verir ki, dünya ərzaq qiymətləri indeksi iyun ayında 124,0-dan 122,3-ə düşüb.
May ayı ərzaq qiymətləri indeksi daha əvvəl 124,3 olaraq açıqlanmışdı.
Zəminə Hüseyn
Fins.az