Almaniya Statistika Bürosundan (Destatis) edilən şərhə görə, mövsüm və təqvim təsirlərindən təmizlənmiş məlumatlara görə sənaye istehsalı may ayında bir əvvəlki aya görə 0,2% azaldı.
Fins.az xarici mətbuata istinadən xəbər verir ki, bazar gözləntilərinin əksinə olaraq Almaniyanın sənaye istehsalı azalıb.
İqtisadçılar istehsalın 0,1 % artacağını gözləyirdilər.
Enerji hasilatının 7% azalması ümumi fəaliyyətə açıq şəkildə mənfi təsir göstərdi. Emal sənayesi istehsalı 0,2 %, tikinti istehsalı isə 0,4 % artıb.
Zəminə Hüseyn
Fins.az