ABŞ-da Satınalma İdarəetmə İnstitutunun (ISM) xidmət sektoru Satınalma Menecerləri İndeksi (PMI) iyun ayı üçün məlumatlarını açıqlayıb.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, iyun ayında indeks 53,9-a yüksələrək son 4 ayın ən yüksək səviyyəsinə çatıb.
Xidmət sektorunun böyüməsindəki sürətlənməyə işarə edən məlumatlar üçün bazar gözləntisi 51 idi. May ayında indeks 50,3 olub.
İyun ayında istehsal indeksi 7,7 bənd artaraq 59,2, yeni sifarişlər üzrə indeks isə 2,6 bənd artaraq 55,5 olub. Bu dövrdə məşğulluq indeksi 3,9 bənd artaraq 53,1-ə yüksəlib.
Zəminə Hüseyn
Fins.az