Al Maktum sosial media hesabında Tviter hesabından verdiyi açıqlamada Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Təşkilatının (UNCTAD) 2023-cü il Dünya İnvestisiya Hesabatında BƏƏ ilə bağlı məlumatları paylaşıb.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, ölkənin 2022-ci ildə 23 milyard dollarlıq birbaşa xarici investisiya ilə tarixinin ən yüksək səviyyəsinə çatdığı bildirilib.
BƏƏ-nin regionda qlobal sərmayələrdə lider olduğunu bildirən Əl Maktum, hesabata görə, BƏƏ-nin ABŞ, İngiltərə və Hindistandan sonra cəmi 997 layihə ilə dünyada dördüncü ən böyük yeni layihə investisiyası alan ölkə olduğunu bildirdi.
2015-ci ildə xam neftin qiymətinin düşməsi ilə başlayan böhrandan bəri Körfəz ölkələri əsas gəlir mənbəyi olan neftdən asılılığını azaltmağı hədəfləyir.
İqtisadi diversifikasiya proqramını davam etdirən BƏƏ turizm, sənaye, kənd təsərrüfatı və texnologiya sektorlarına diqqət yetirərək qeyri-neft iqtisadiyyatını inkişaf etdirmək üçün addımlar atır.
Zəminə Hüseyn
Fins.az