DÜNYA

01 İyul

"İqtisadiyyatımız düşünüləndən daha möhkəm olduğunu sübut edib"- ABŞ-nin maliyyə naziri

“Mən sağlam əmək bazarını qoruyub saxlamaqla inflyasiyanın azaldılmasının bir yolunun olduğuna inanmaqda davam edirəm”, - bunu ABŞ Maliyyə Naziri Janet Yellen deyib.

Fins.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yellen qərargahı Yeni Orleanda yerləşən "PosiGen" günəş enerjisi şirkətində etdiyi çıxışda məqsədlərinin son 2,5 ildə əldə olunan iqtisadi qazancları qoruyaraq inflyasiya ilə mübarizə aparmaq olduğunu bildirib.

Onu da qeyd edək ki, gələcəkdə əhəmiyyətli riskləri göz ardı etmədiklərini vurğulayan Yellen, indiyə qədər görülən dəlillərin onların bu yolda olduqlarını göstərdiyini vurğulayaraq, bu güvənin ölkə iqtisadiyyatına inamlarını daha çox ifadə edən şirkət rəhbərləri tərəfindən də təkrarlandığını qeyd edib.

Leyla Fikrətqızı 
Fins.az