2023-cü ilin yanvar-may aylarında Türkiyənin İzmit şəhərində yerləşən Kocaeli limanı 3 min 950 gəmi qəbul edib.
Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Kocaeli limanı Türkiyə bayrağı altında üzən 1 140, digər ölkələrin bayraqları altında üzən 2 min 810 gəmi qəbul edib.
Qeyd edək ki, bu ilin may ayında Türkiyə limanları 5 min 559 gəmi qəbul edib.
Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 1 674, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 885 olub.
2023-cü ilin yanvar-may aylarında Türkiyə limanları 23 min 175 gəmi qəbul edib.
Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 16 min 388, Türkiyə bayrağı altında olan gəmilər isə 6 min 837 olub.