Yaponiyanın ən böyük banklarından biri olan Mitsubishi UFJ Financial Group (MUFG) "Progmat" platforması vasitəsilə stabilkoinlər buraxmağı planlaşdırır.
Fins.az xarici mətbuata istinadən xəbər verir ki, Yaponiyada stabil kriptovalyutalar ötən ilin iyununda qanuni çərçivəyə gətirilib.
Edilən tənzimləmə ilə Yaponiyada ödəniş şirkətləri və bankların sabit kripto pul buraxma yolu açıldı.
Sabit kriptovalyutalar, kripto sənayesində çox izlənilən bir sektordur. Ölkələr stabilkoinlər üçün xüsusi qaydalar tətbiq etməyə çalışsalar da, Yaponiya ən fəal yanaşmaya malik olan ölkələr sırasındadır.
Keçən il "TerraForm Labs" alqoritmik stabilkoin UST-nin çökməsi milyardlarla dollar itkiyə səbəb oldu və qlobal tənzimləyiciləri stabilkoin bazarını yaxından izləməyə sövq etdi. Buna görə də Yaponiya bazarı keçən il qəbul edilmiş qanunlar çərçivəsində stabilkoinlər üçün şəffaf və təhlükəsiz bazar kimi seçilir.
Zəminə Hüseyn
Fins.az