DÜNYA

24 İyun

Goldman Sachs-da yeni işdən çıxarılma dalğası

"Goldman Sachs" dünya üzrə 125 icraçı direktoru işdən çıxarır.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu addımlar bir ildən az müddətdə ən azı üç dəfə işdən çıxarılma prosesi baş verdikdən sonra bankda xərclərə qənaət səylərinin bir hissəsi hesab olunur.

2020 və 2021-ci illərdə birləşmə və satınalmaların və ilkin kütləvi təkliflərin artması səbəbindən işə qəbulu artıran Goldman Sachs və digər banklar, sövdələşmə prosesini dayandırdıqları üçün ödənişlərin azalması mənfi təsir göstərdilər.

Zəminə Hüseyn
Fins.az