DÜNYA

23 İyun

ABŞ-ın çip istehsalçısı "Micron" Hindistana sərmayə qoyacaq

ABŞ-ın mikroçip istehsalçısı "Micron Technologies", Hindistanda yeni yarımkeçiricilərin montajı və sınaq qurğusunun tikintisinə sərmayə qoyacağını açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, şirkət Hindistanın Qucarat şəhərində yeni montaj və sınaq obyekti qurmağa 825 milyon dollara qədər sərmayə planlaşdırır.

Açıqlamada, obyektin birinci mərhələsinin 2024-cü ilin sonuna kimi istifadəyə verilməsinin planlaşdırıldığı və qlobal tələb meyllərinə uyğun olaraq zamanla gücün mərhələli şəkildə artırılacağı bildirilib.

Ümumi investisiyanın 2,75 milyard dollara çatacağı qeyd edilib.

Zəminə Hüseyn
Fins.az