DÜNYA

21 İyun

Fransada kiberhücumlardan gələn zərərin miqdarı hesablanıb

"Asteres" iqtisadi tədqiqat mərkəzinin yaydığı məlumata əsasən, fransız təşkilatlarına qarşı kiberhücumlar 2022-ci ildə iki milyard avro məbləğində ziyana səbəb olublar.

Qeyd olunur ki, ümumi məbləğ müəssisə və qurumların məhsuldarlığının azalması ilə əlaqədar 887 milyon avro birbaşa itkilərdən, 888 milyon avro girov məbləğlərinin ödənilməsindən və o cümlədən pul ifadəsində təxminən 252 milyon avro təşkil edən yeddi milyon iş saatının itkisindən ibarətdir.

“Asteres"-in məlumatına görə, Fransa təşkilatlarının informasiya sistemləri 2022-ci ildə ən azı 385 000 uğurlu hücumun qurbanı olublar”, – nəşrin müəllifləri yazırlar və əlavə edirlər ki, son bir ildə hər təşkilata orta hesabla 1.8 kiberhücum düşür.

Tədqiqatda təqdim olunan qrafikdə qeyd olunur ki, kiberhücumlardan ən çox zərər çəkən kiçik müəssisələr - 330 000 hadisə, ikinci yerdə dövlət qurumları gəlir - 37 000 hücum. Uğurlu kiberhücumların ən az sayı orta və iri şirkətlərin payına düşür - 17 000.

Hakerlərin əsas strategiyaları fişinq poçt göndərişləri və informasiya sistemlərində mövcud boşluqlardan istifadə olub.

© investaz.az