DÜNYA

20 İyun

Norveçin təbii qaz hasilatı proqnozlaşdırılandan azalıb

Norveçin təbii qaz hasilatı may ayında əvvəlki ayla müqayisədə azalıb. Azalma rəsmi proqnozlarda da çox olub.

Fins.az xəbər verir ki, Norveç Neft İdarəsinin (NPD) məlumatlarına görə, may ayında təbii qaz hasilatı əvvəlki aydakı 339.8 milyon kubmetrdən 274 milyon kubmetrə qədər azalıb.

Hasilatın həcmi ehtimal edilən 295.9 milyon kubmetrdən aşağı olub. Neft hasilatı da apreldə gündəlik 1.8 milyon bareldən may ayında 1.77 milyon barelə düşüb. Hökumət hasilatın sutkada 1.75 milyon barel olacağını proqnozlaşdırırdı.