Avropa Statistika İdarəsi (Avrostat) mart ayında Rusiyadan xam neft və neft məhsullarının idxalına dair məlumatları açıqlayıb.
Fins.az xarici mediaya istinadən xəbər verir ki, Avropa İttifaqı (Aİ) ölkələrinin bu ilin mart ayında Rusiyadan neft alışı müharibədən əvvəlki dövrlə müqayisədə 90% azalıb.
Hesabata görə, AB-nin mart ayında Rusiyadan xam neft və neft məhsulları ümumi idxalı 1.4 milyon ton olub.
Sözügedən idxal 2019-2022-ci illərdə ayda 15.2 milyon ton səviyyəsində olub. Beləki, Aİ-nin Rusiyadan xam neft və neft məhsullarının ümumi alışı mart ayında 90% azalıb.