DÜNYA

20 İyun

ABŞ-da fəaliyyət göstərən neft-qaz qurğularının sayı 687 ədəd təşkil edib

ABŞ-da aktiv neft və qaz qazma qurğularının sayı 2020-ci ilin iyul ayından bəri ilk dəfə ardıcıl 7-ci həftə azalıb.

Fins.az xəbər verir ki, bu barədə neft sənayesi xidmətləri verən "Baker Hughes" şirkəti məlumat yayıb.

10-16 iyun tarixləri arasında aktiv neft və qaz qazma qurğularının ümumi sayı 8 ədəd azalaraq 687 ədəd təşkil edib ki, bu da 2022-ci ilin aprelindən bəri ən aşağı göstəricidir.

"Baker Hughes"-un məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə göstərici 53 ədəd və ya 7% azalıb.

Eləcədə şirkət qeyd edir ki, ABŞ-ın istismarda olan neft qazma qurğuları 4 ədəd azalaraq 552-yə (2022-ci ilin aprelindən bəri ən aşağı), qaz buruqları isə 5 ədəd azalaraq 130-a (2022-ci ilin martından bəri ən aşağı) düşüb.