DÜNYA

19 İyun

Türkiyə şirkəti Rumıniyada qaz kəməri tikəcək

Türkiyənin “Kalyon İnşaat” şirkəti “Neptun Deep” dəniz yatağından qazın nəqli üçün Rumıniyada qaz kəmərinin tikintisini iki il ərzində başa çatdıracaq.

Bu barədə Fins.az Türkiyənin “Dünya” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, Türkiyə şirkəti boru kəmərinin çəkilməsi üzrə tenderin qalibi olub və iyunun 16-da Rumıniyanın “Transgaz” qaz nəqli sisteminin operatoru ilə layihənin həyata keçirilməsinə dair müqavilə imzalayıb.

Qeyd olunur ki, 308 km-lik qaz xəttinin dəyəri 530 mln. avro təşkil edəcək və Qara dəniz sahilindən Buxarestdən 20 km qərbdə Podisora ​​qədər uzanacaq.

Bildirilir ki, “Neptun Deep” yatağının qaz ehtiyatları 200 mlrd. kubmetr həcmində qiymətləndirilir. Yanacaq həm daxili istehlakçılara, həm də ixraca gedəcək. Kəmərin layihə gücü ildə 12 mlrd. kubmetr həcmində proqnozlaşdırılır. Rumıniya tərəfinin fikrincə, kəmər daxili istehlakın 45%-ni qazla təmin edə biləcək.