DÜNYA

19 İyun

Çinə birbaşa xarici investisiyalar ilk 5 ayda 5,6 % azalıb

Çinə birbaşa xarici investisiyalar 2023-cü ilin birinci rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə dollar ifadəsində 0,5% artdıqdan sonra aprel və may aylarında azalma tendensiyasına daxil olub. 

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, yanvar-may dövründə ölkəyə birbaşa xarici investisiyalar illik 5,6 faiz azalaraq 84,35 milyard dollar olub.

Birbaşa xarici investisiyalar 2023-cü ilin birinci rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə illik 0,5 faiz artıb, ilk dörd ayda isə 3,3 faiz azalıb.

Eyni dövrdə Çinin xaricə birbaşa investisiyaları illik müqayisədə 16,1 faiz artaraq 51,78 milyard dollara çatıb.

Zəminə Hüseyn
Fins.az