DÜNYA

14 İyun

Rusiya "Bosch"a məxsus fabriki təhvil alıb

Rusiyanın dövlət törəmə şirkəti "NAMİ", əvvəllər Almaniyanın "Bosch" şirkətinə məxsus olan "Robert Bosch Samara" adlı fabrikin bütün səhmlərini aldığını açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, avtomobil hissələrinin istehsal olunduğu “Robert Bosch Samara” adlı fabrikə aid bütün payların "NAMİ"-yə verildiyi bildirilən açıqlamada fabrikdə çalışan 107 nəfərin işini davam etdirəcəyi bildirilib.

Bəyanatda səhm transferinin qiyməti ilə bağlı təfərrüatlar paylaşılmayıb.

Zəminə Hüseyn
Fins.az