DÜNYA

08 İyun

Autoliv şirkəti 8 min işçini ixtisar etməyi planlaşdırır

Dünyanın aparıcı təhlükəsizlik kəmərləri və təhlükəsizlik yastıqları istehsalçısı olan İsveçdə yerləşən "Autoliv", artan xərclər səbəbindən Avropada bir çox fabrikini bağlamaq və işçilərini ixtisar etmək qərarına gəlib.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, 2025-ci ilə qədər 8 min adamın işdən çıxarılacağı bildirilib.

"Autoliv"in 27 ölkədə təxminən 70 min işçisi var. Şirkətlərin 2022-ci ildə satışları 8,8 milyard dollar olaraq qeydə alınıb. İsveç avtomobil istehsalçısı "Volvo Cars" da keçən ay 1300 işçini ixtisar edəcəyini açıqlamışdı.

Zəminə Hüseyn
Fins.az