DÜNYA

07 İyun

Çinin xarici ticarəti ilk 5 ayda 17 trilyon yuana çatıb

Çinin Baş Gömrük İdarəsinin bu gün açıqladığı məlumatlara görə, Çinin idxal və ixrac həcmi ilin ilk 5 ayında illik müqayisədə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4.7% artaraq 16 trilyon 770 milyard yuana çatıb.

Fins.az xəbər verir ki, Çin Beynəlxalq Radiosunun hesabatına görə, "Bunlar arasında ixrac həcmi 8.1% artaraq 9 trilyon 620 milyard yuana, idxal həcmi isə 0.5% artaraq 7 trilyon 150 milyard yuana çatıb. Məlumatlara görə, ASEAN və Çin arasında ilin ilk beş ayında ticarət həcmi illik müqayisədə 9.9% artaraq 2 trilyon 590 milyard yuana yüksəlib. Qeyd edək ki, ASEAN, Çinin ən böyük ticarət tərəfdaşı olaraq qalır.

Məlumatlar həmçinin göstərib ki, Çinin Avropa İttifaqı ilə ticarəti 3.6%, Regional Hərtərəfli İqtisadi Tərəfdaşlığın (RCEP) digər üzvləri ilə ticarəti isə 4.5% artıb.